Menyu

Bakıda dələduzluq edən şəxslər saxlanılıb

Nərmin Qocamanlı
Bakıda dələduzluq edən şəxslər saxlanılıb

Ayrı-ayrı vaxtlarda Bakı şəhər sakini olan bir nəfərin 3500 manat pulunun dələduzluq yolu ilə alınması, bir nəfərin isə aldadılaraq adına onlayn üsulla 6000 manat kredit götürülməsi barədə Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinə məlumatlar daxil olub.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən Sabir Hüseynov, Fazil Qəşəmov və Elnur Qaragözov müəyyən olunaraq saxlanılıblar.

Hər iki faktla bağlı araşdırma aparılır.

Teqlər:

"Bak\u0131da d\u0259l\u0259duzluq ed\u0259n \u015f\u0259xsl\u0259r saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər