Menyu

Yasamalda qanunsuz ağackəsmə faktı aşkarlanıb

Nərmin Qocamanlı
Yasamalda qanunsuz ağackəsmə faktı aşkarlanıb

Yasamal rayonu, Nərimanov prospekti, 5 saylı binanın qarşısında ağacların kəsilməsi ilə bağlı sosial şəbəkədə yayılmış görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Xidmət rəisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən sözügedən ərazidə iki quru şam ağacının rəy əsasında götürüldüyü, bioloji inkişafda olan bir şam ağacının isə qanunsuz kəsildiyi müəyyən olunub. Faktla bağlı akt tərtib edilib.

“Təbiətə dəymiş ziyanın məbləğı cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır”.

Teqlər:

"Yasamalda qanunsuz a\u011fack\u0259sm\u0259 fakt\u0131 a\u015fkarlan\u0131b"

Əlaqəli Xəbərlər