Menyu

Quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqlərin nəticələri açıqlanıb

Nərmin Qocamanlı
Quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqlərin nəticələri açıqlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi cari ilin 13-17 may tarixlərində respublika ərazisində quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqlərin nəticələrini açıqlayıb.

AQTA-dan "Operativ Media"ya verilən məlumata görə, tədbir epizootik risk əsasında müəyyən olunmuş Biləsuvar, Şabran və Xızı rayonlarındakı Mahmudçala, Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarında, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarının ərazisində yerləşən Abşeron, Şirvan, Ağgöl, Qızılağac milli parklarında su-bataqlıq sahələrini və dənizsahili zonaları əhatə edib. Bu ərazilərdə ümumi müşahidələr aparılmaqla vəhşi quşlara klinik baxış keçirilib, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə ovlanmış 48 baş müxtəlif növ vəhşi quşdan diaqnostik material nümunələri götürülüb.

Monitorinq çərçivəsində Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron, Xızı, İsmayıllı, Tərtər, Tovuz, Siyəzən, Şabran, Xaçmaz, Göyçay, Sabirabad, Şəki və Hacıqabul rayonlarındakı 25 sənaye əsaslı quşçuluq müəssisəsindən 250 baş, habelə Bakı şəhəri, Abşeron, Ağcabədi, Şabran, Lənkəran və Salyan rayonlarına aid ümumilikdə 180 ailə təsərrüfatında saxlanılan müxtəlif növ 324 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb, təsərrüfatlara ümumi baxış keçirilib və epizootoloji məlumatlar toplanıb.

Monitorinqlər müddətində vəhşi və ev quşlarından götürülmüş nümunələr İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilib. Aparılmış müayinələrin ümumi təhlili nəticəsində yüksək patogen quş qripi  xəstəliyinin törədicisi və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib.

Qeyd edək ki, ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal rast gəlinməyib.

Əlavə olaraq, monitorinqlərin aparıldığı dövr ərzində təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəliklərinə həssas heyvanlar arasında da epizootoloji müşahidələr aparılıb ki, sözügedən xəstəliklərə görə klinik xəstə və ya tələf olmuş heyvanlara rast gəlinməyib.

Teqlər:

"Qu\u015f qripi x\u0259st\u0259liyin\u0259 qar\u015f\u0131 ke\u00e7irilmi\u015f epizootoloji monitorinql\u0259rin n\u0259tic\u0259l\u0259ri a\u00e7\u0131qlan\u0131b"

Fotogalereya

Əlaqəli Xəbərlər