Menyu

Hərbi qulluqçular arasında beşnövçülük üzrə yarışlar keçirilib

Nərmin Qocamanlı
Hərbi qulluqçular arasında beşnövçülük üzrə yarışlar keçirilib

2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda hərbi qulluqçular arasında hərbi beşnövçülük üzrə yarışlar keçirilib. 

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, o cümlədən Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Yarışlarda ümumilikdə 8 komanda olmaqla, 47 hərbi qulluqçu maneələr zolağının dəf edilməsi, avtomatdan atış, qumbaraatma, 8 kilometr məsafəyə kros və üzgüçülük növləri üzrə yarışlarda güclərini sınayıblar.

Fərdi və komanda birinciliyi uğrunda aparılan yarışlarda əsas məqsəd hərbi qulluqçuların fiziki və psixoloji dözümlülüyünün yoxlanılması, eləcə də güclü komandaların tərkibinin müəyyən edilməsidir.

Yekun nəticələrə əsasən qaliblər mükafatlandırılıb.

Teqlər:

"H\u0259rbi qulluq\u00e7ular aras\u0131nda be\u015fn\u00f6v\u00e7\u00fcl\u00fck \u00fczr\u0259 yar\u0131\u015flar ke\u00e7irilib"

Fotogalereya

Əlaqəli Xəbərlər