Dələduzluğa görə axtarışda olan daha 17 nəfər tutulub
Operativ Media
Polis əməkdaşlarının iyunun 2-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 17 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Operativ Media xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.
Bundan başqa, iyunun 2-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.