Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başlayıb - YENİLƏNİB
Bu gün saat 11:00-dan etibarən 2026–2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayıb.
Operativ Media xəbər verir ki, elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edəcək.
Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital Login” əldə etdikdən sonra bu gün saat 11:00-dan 10 iyun saat 11:00-dək www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.
***
09:00
İyunun 3-dən 2026-2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır.
Bu barədə Operativ Media-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd olunub ki, müsabiqədə iştirak etmək istəyən şəxslər "Digital Login" əldə etdikdən sonra iyunun 3-ü saat 11:00-dan www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, elektron sənəd qəbulu mərhələsi iyunun 10-u saat 11:00-dək davam edəcək.