Menyu

Ötən gün 20 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

Operativ Media
Ötən gün 20 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 2-də ümumi çəkisi 20,5 kiloqrama yaxın narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 179 ədəd, yabanı halda bitmiş 2,2 ton çəkidə 8458 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Operativ Media xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub.

Əlaqəli Xəbərlər