Menyu

MİQ müsabiqəsi ilə bağlı tez-tez ünvanlanan suallara aydınlıq gətirilib

Operativ Media
MİQ müsabiqəsi ilə bağlı tez-tez ünvanlanan suallara aydınlıq gətirilib

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) müəllimlərin işə qəbulu (MİQ) prosesinin ödənişli olması ilə bağlı namizədlər tərəfindən tez-tez verilən suallara aydınlıq gətirib.

Operativ Media xəbər verir ki, bu barədə MÜTDA-nın sosial media hesabında paylaşım edilib.

MİQ müsabiqəsi ilə bağlı tez-tez ünvanlanan sualların cavablarını təqdim edirik:

- MİQ müsabiqəsi ödənişlidirmi?

- Bəli, müsabiqədə iştirak ödənişlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 aprel 2026-cı il tarixli 114 nömrəli Qərarına əsasən, MİQ müsabiqəsində iştirak rüsumu 60 manat olaraq müəyyən edilmişdir.

- Ödəniş hansı mərhələdə həyata keçirilir?

- Qeydiyyatın ilkin mərhələsində namizədlərdən ödəniş tələb olunmur. Namizəd əvvəlcə müraciətini tamamlayır və yalnız müraciəti təsdiqləndikdən sonra sistem tərəfindən ödəniş mərhələsinə yönləndirilir. Ödəniş tamamlandıqdan sonra namizədin iştirak statusu aktivləşdirilir.

- Rüsumun ödənişindən kimlər azaddır?

- Qanunvericiliyə əsasən, aşağıdakı kateqoriyalara aid olan namizədlər müsabiqədə rüsum ödəmədən, tam ödənişsiz iştirak edirlər:

 ● Müsabiqədə ilk dəfə iştirak edən namizədlər;

 ● Şəhid ailəsinin üzvləri;

 ● Müharibə veteranı adı almış şəxslər;

 ● Əlilliyi olan şəxslər;

 ● Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri.

- Güzəştli kateqoriyalar necə müəyyən ediləcək?

- Namizədin ödənişdən azad olunan kateqoriyalara aid olub-olmaması sənəd qəbulu zamanı müvafiq dövlət informasiya sistemləri üzərindən avtomatik qaydada yoxlanılacaqdır.

- Ödəniş hansı üsulla həyata keçirilir?

- Müsabiqədə iştirak rüsumunun ödənişi elektron qaydada həyata keçirilir. Namizədlər bank kartı vasitəsilə sistem üzərindən onlayn ödəniş edə bilərlər.

Fotogalereya

Əlaqəli Xəbərlər