Yanvar-aprel aylarında 93,4 milyon dollarlıq pambıq lifi ixrac edilib
Operativ Media
Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-aprel aylarında ölkədən 93,4 milyon dollar dəyərində 68,4 min ton pambıq lifi ixrac edilib.
Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 49,9 faiz, həcm baxımından isə 60,3 faiz çoxdur.
Ümumilikdə cari ilin ilk dörd ayında ölkədən dəyəri 1,121 milyard dollardan çox olan Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2025-ci ilin müvafiq göstəricisini 18 faiz üstələyir. Hesabat dövründə pambıq lifi ixracının xüsusi çəkisi 8,33 faizə bərabər olub.