Pelenin forması hərraca çıxarılacaq
Braziliya millisinin hücumçusu Pelenin 1958-ci il dünya çempionatının finalında geyindiyi forması "Sotheby's" hərracına çıxarılacaq.
Operativ Media xəbər verir ki, bu haqda "The New York Times" qəzeti məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, lotun start qiyməti 6 milyon dollardan çox olacaq. Hərrac iyunun 29-dan iyulun 16-dək — 2026-cı il dünya çempionatının finalından üç gün əvvələ qədər davam edəcək.
DÇ-1958-in finalında Braziliya yığması İsveçə qalib gəlib (5:2), 17 yaşlı Pele isə bu oyunda dubla imza atıb. O vaxtdan bəri Pele dünya çempionatının finalında çıxış edən və qol vuran ən gənc futbolçu titulunu qoruyub saxlayır.
Hazırda ən baha satılan futbol forması Dieqo Maradonanın DÇ-1986-dakı formasıdır. Həmin geyim 2022-ci ildə hərracda 9,28 milyon dollara satılıb.