SOCAR-ın Banqladeş bazarında fəaliyyət imkanları müzakirə olunub
Operativ Media
“Banqladeşin energetika və mineral ehtiyatlar naziri İqbal Həsən Mahmud ilə görüşdə enerji sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə etdik”.
OperativMedia xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov öz “X” sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.
“LNG və digər enerji məhsullarının tədarükü, SOCAR-ın Banqladeş bazarında fəaliyyət imkanları, uzunmüddətli tərəfdaşlıq və enerji təhlükəsizliyinin təmin edilməsində şaxələndirmənin rolu ətrafında fikir mübadiləsi apardıq”, - deyə nazir paylaşımda qeyd edib.