Menyu

Bu gün Qubanın 37 kəndində qaz olmayacaq

Nərmin Qocamanlı
Bu gün Qubanın 37  kəndində qaz olmayacaq

Bu gün Quba rayonu, Sumqayıt şəhəri və Bakının Xəzər, Qaradağ rayonlarının qaz təchizatında fasilə yaranacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Quba” Qaz paylayıcı stansiyasından (QPS) qidalanan Quba rayonunun Dağlı və Nügədi kəndlərini təbii qazla təmin edən orta təzyiqli qaz xətləri üzərində görüləcək təmir-quraşdırma işləri, həmçinin Sumqayıt şəhəri, Xəzər və Qaradağ rayonlarında qaz xətlərində görüləcək təmir-bərpa işləri ilə əlaqədar iyunun 10-da saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Qaz təchizatı dayandırılan zaman Quba rayonunun (37 kənd), Xəzər rayonun (Türkan kəndi, Türkan qəsəbəsi), Qaradağ rayonunun (Puta qəsəbəsi) və Sumqayıt şəhərinin (Stansiya Sumqayıt ərazisi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Teqlər:

"Bu g\u00fcn Quban\u0131n 37 k\u0259ndind\u0259 qaz olmayacaq"

Əlaqəli Xəbərlər