Menyu

Tramp İranın yeni ali lideri ilə görüşmək istədiyini bildirib

Şəfa Hüseynli
Tramp İranın yeni ali lideri ilə görüşmək istədiyini bildirib

ABŞ Prezidenti Donald Tramp İranın yeni ali lideri Ayətullah Müctəba Xamenei ilə görüşəcəyini bildirib.

Operativ Media xəbər verir ki, bu barədə Tramp "Pod Force One" adlı podkastda qonaq olarkən deyib.

"Görünür, Ayətullahla işlər yaxşı gedir. Onunla görüşmək istərdim. Bəlkə də nə vaxtsa onunla görüşəcəm", - ABŞ lideri bildirib.

Ağ Ev rəhbəri həmçinin qeyd edib ki, Ali Rəhbər İran tərəfində də danışıqlarda iştirak edir. Trampın sözlərinə görə, nəticədə İranın Ali Rəhbəri razılaşmanın ayrı-ayrı aspektlərini təsdiqləyir və ya rədd edir.

ABŞ prezidentinin sözlərinə görə, danışıqlar zamanı İran hökumətinin nümayəndələri İslam Respublikasının nüvə silahına sahib olmayacağı barədə razılığa gəliblər.

Tramp bildirib ki, "İran artıq nüvə silahına sahib olmayacağına razılıq verib. Onlar fikirlərini dəyişə bilərlər, amma bu, böyük bir nailiyyətdir".

Əlaqəli Xəbərlər