Menyu

Təhsil müəssisəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb

Nərmin Qocamanlı
Təhsil müəssisəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb

Qazax rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində baş verən qanunsuzluqlarla bağlı daxil olmuş məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Qazax rayon prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, araşdırmalarla Mərkəzin vəzifəli şəxsləri tərəfindən faktiki olaraq əmək fəaliyyətini icra etməyən şəxslərə əsasssız olaraq əməkhaqqı ödənilməsi və digər yollarla xeyli miqdarda büdcə vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Teqlər:

"T\u0259hsil m\u00fc\u0259ssis\u0259sinin v\u0259zif\u0259li \u015f\u0259xsl\u0259rinin qanunsuz \u0259m\u0259ll\u0259ri il\u0259 ba\u011fl\u0131 cinay\u0259t i\u015fi ba\u015flan\u0131b"

Əlaqəli Xəbərlər