Menyu

Magistraturaya qəbul üzrə musiqi sənətinin qabiliyyət imtahanı ilk dəfə canlı yayımlanacaq

Nərmin Qocamanlı
Magistraturaya qəbul üzrə musiqi sənətinin qabiliyyət imtahanı ilk dəfə canlı yayımlanacaq

Musiqi sənəti istiqaməti üzrə ali təhsil müəssisələrinin magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün iyunun 9-da keçiriləcək qabiliyyət imtahanları ilk dəfə canlı yayımlanacaq.

"Operativ Media" xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, imtahanlar Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təşkil olunacaq.

Qabiliyyət imtahanları ilk dəfə olaraq DİM-in yutub kanalında canlı yayımlanacaq. Növbəti qabiliyyət imtahanlarında da canlı yayımların təşkil olunması nəzərdə tutulur.

İmtahanlarda iştirak etmək üçün 108 bakalavr qeydiyyatdan keçib. İmtahanlar saat 9:30-da başlanır növbəli şəkildə 18:00-dək davam edəcək.

Teqlər:

"Magistraturaya q\u0259bul \u00fczr\u0259 musiqi s\u0259n\u0259tinin qabiliyy\u0259t imtahan\u0131 ilk d\u0259f\u0259 canl\u0131 yay\u0131mlanacaq"

Əlaqəli Xəbərlər