Menyu

AXCP sədr müavini saxlanılıb

Nərmin Qocamanlı
AXCP sədr müavini saxlanılıb

AXCP İdarə Heyətinin üzvü, partiya sədrinin müavini Ayaz Məhərrəmovun Şirvan şəhərində polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı məlumatlar yayılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, iyunun 6-da saat 23 radələrində DİN-in “102 Zəng Mərkəzi”nə Şirvan şəhərində evlərin birinə oğurluq məqsədilə naməlum şəxsin daxil olması və bunun yaşayış sahəsində mövcud olan kameraya düşməsi ilə bağlı müraciəti daxil olub.

Polis əməkdaşları tərəfindən çağırış üzrə həmin ünvanda olan şəxs saxlanılaraq Şirvan Şəhər Polis Şöbəsinə gətirilib. Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunan, 1982-ci il təvəllüdlü Məhərrəmov Ayaz Həbib oğlu olması müəyyən edilib.

Fakt üzrə araşdırma aparılır.

Teqlər:

"AXCP s\u0259dr m\u00fcavini saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər