Menyu

“Azərişıq” paytaxtda və regionlarda enerji doldurma məntəqələri quraşdırır

Nərmin Qocamanlı
“Azərişıq” paytaxtda və regionlarda enerji doldurma məntəqələri quraşdırır

Bakıda keçiriləcək COP29 ərəfəsində paytaxtda və regionlarda enerji doldurma məntəqələrinin (EDM) infrastrukturu yaradılır.

“Azərişıq” ASC-dən "Operativ Media"ya bildirilib ki, cari ilin mart-may ayları ərzində ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində, “İçərişəhər” yarımstansiyasında, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 110/35 kV-luq “Sea Breeze-1” yarımstansiyasında, Qala-Mərdakan yolu üzərində yerləşən ticarət müəssisəsinin ərazisində quraşdırma işləri başa çatıb.

Regionlardan Qəbələdə 110/35/10 kV-luq “Hacıalılı” yarımstansiyasında, Salyanda Ələt-Astara yolunun 71-ci kilometrliyində, Qarabağ və Şərqi Zəngəzurda isə 6 ərazidə - Zəngilan və Cəbrayıl elektrik şəbəkələrinin rəqəmsal idarəetmə mərkəzlərində, “Xocalı” və “Şuşa-1” yarımstansiyalarında, “Füzuli” rəqəmsal yarımstansiyasında, həmçinin “Hadrut” qovşaq yarımstansiyasında məntəqələr quraşdırılıb.

Proses bundan sonra da həm paytaxtda, həm də bölgələrdə davam etdiriləcək.

Teqlər:

"\u201cAz\u0259ri\u015f\u0131q\u201d paytaxtda v\u0259 regionlarda enerji doldurma m\u0259nt\u0259q\u0259l\u0259ri qura\u015fd\u0131r\u0131r"

Əlaqəli Xəbərlər