Ana səhifə / Ölkə / Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb 06.06.2024, 08:20 Əziz Əzizli Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. "Operativ Media" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 2. Heydər Əliyev prospekti, kənar və əsas yol, mərkəz istiqamətində; 3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 4. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində; 5. "20 Yanvar" dairəsində; 6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 7. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 8. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində; 9. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində; 10. Babək prospekti, mərkəz istiqamətində; 11. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər); 12. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində; 13. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur. Teqlər: "Bak\u0131da haz\u0131rda s\u0131xl\u0131q m\u00fc\u015fahid\u0259 olunan yollar a\u00e7\u0131qlan\u0131b"