Menyu

Ağcabədidə bacısını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Nərmin Qocamanlı
Ağcabədidə bacısını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

İyunun 5-də saat 23 radələrində Ağcabədi rayonu, Hindarx qəsəbəsi ərazisində 1993-cü il təvəllüdlü Səbinə Məmmədovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.  

Ağcabədi rayon prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, araşdırmalarla 1991-ci il təvəllüdlü Sadiq Kərimovun aralarında yaranmış mübahisə zamanı dəmir linçlə xəsarətlər yetirərək bacısı Səbinə Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.   Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Sadiq Kərimov şübhəli şəxs qismində tutulub.   Hazırda ibtidai istintaq davam edir.

***
07:23

İyunun 5-də saat 23 radələrində Ağcabədi rayonu Hindarx qəsəbəsində evlərin birində 1993-cü il təvəllüdlü Məmmədova Səbinə Əli qızının küt alətlə qətlə yetirilmısi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Operativ Media" bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının qardaşı 1991-ci il təvəllüdlü Kərimov Sadiq Əli oğu polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır

Teqlər:

"A\u011fcab\u0259did\u0259 bac\u0131s\u0131n\u0131 \u00f6ld\u00fcrm\u0259kd\u0259 \u015f\u00fcbh\u0259li bilin\u0259n \u015f\u0259xs saxlan\u0131l\u0131b - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər