Menyu

İyunun 14-ü məktəblərdə son zəng günüdür

Nərmin Qocamanlı
İyunun 14-ü məktəblərdə son zəng günüdür

İyunun 14-ü məktəblərdə son zəng çalıanacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, 2023-2024-cü tədris ili ölkənin bütün tipdən olan ümumi təhsil müəssisələrində 15 sentyabr 2023-cü il tarixində başlayır, 14 iyun 2024-cü il tarixində başa çatır.

Bununla əlaqədar olaraq 14 iyun son dərs günüdür.

Qeyd edək ki, məktəblərdə şagirdlərdən dərsliklərin tədris ilinin sonuncu həftəsindən başlayaraq təhvil alınması nəzərdə tutulur.

Teqlər:

"\u0130yunun 14-\u00fc m\u0259kt\u0259bl\u0259rd\u0259 son z\u0259ng g\u00fcn\u00fcd\u00fcr"

Əlaqəli Xəbərlər