Menyu

Suraxanı rayonunda saxlanılan 4 narkokuryerdən 3 kiloqram heroin və marixuana aşkarlanıb

Nərmin Qocamanlı
Suraxanı rayonunda saxlanılan 4 narkokuryerdən 3 kiloqram heroin və marixuana aşkarlanıb

Suraxani Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə Bakı şəhər sakinləri əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Avtandil Məhərrəmov, Vüsal Kazımov, Rail Bayqulov və Nadim Soltanov saxlanılıblar.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, bu şəxslərdən 3 kiloqram heroin və marixuana aşkarlanıb. N.Soltanovun əlavə olaraq Suraxanı rayonunda bir nəfərə qarşı xuliqanlıq hərəkətləri etdiyi də məlum olub. 

Saxlanılan şəxslər narkotikləri ayrı-ayrı ünvanlara yerləşdirərək paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil etməli imişlər. 

Faktlarla bağlı araşdırmalar davam etdirilir. 

Teqlər:

"Suraxan\u0131 rayonunda saxlan\u0131lan 4 narkokuryerd\u0259n 3 kiloqram heroin v\u0259 marixuana a\u015fkarlan\u0131b"

Əlaqəli Xəbərlər