Braziliya millisinin və Səudiyyə Ərəbistanının "Əl Hilal" klubunun 32 yaşlı hücumçusu Neymar dizindən aldığı ciddi zədədən sonra necə sağaldığını danışıb.
"Operativ Media" xəbər verir ki, bu haqda "Goal" məlumat yayıb.
“Hər şey yaxşı gedir. Çox ağrıyır, amma sağalıram. Zədədən 7 ay keçdi. Hələ bir neçə ay qalıb, amma biz məqsədə yaxınlaşırıq” deyə Neymar bildirib
Neymar 2023-cü ilin oktyabr ayından bəri sol dizdə çarpaz bağlar və menisk yırtıqları səbəbindən oynamayıb.
Teqlər:
"Neymar: \"\u00c7ox a\u011fr\u0131y\u0131r amma sa\u011fal\u0131ram\""