Menyu

Binəqədi rayonunda may ayında narkotiklərlə bağlı 65 fakt müəyən edilib

Nərmin Qocamanlı
Binəqədi rayonunda may ayında narkotiklərlə bağlı 65 fakt müəyən edilib

Binəqədi rayonunda may ayında narkotiklərlə bağlı 65 fakt müəyən edilib, avtomobili narkotik vasitə və spirtli içkinin təsiri altında idarə edən 23 sürücü aşkarlanıb

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Binəqədi Rayon İdarəsinin (RPİ) əməkdaşlarının may ayı ərzində keçirdikləri silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 65 fakt aşkarlanıb. Qanunsuz dövriyyədən külli miqdarda müxtəlif növ narkotik maddə və psixotrop maddə çıxarılıb.  Vətəndaşlarla aparılaran profilaktik tədbirlərin nəticəsi olaraq 8 odlu silah, o cümlədən 4 “Kalaşnikov” avtomatı, 4 “Makarov” tapançası və 81 ədəd patron polis əməkdaşlarına təhvil verilib.

Binəqədi RPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının isə may ayında keçirdikləri tədbirlərlə narkotik vasitə və spirtli içkinin təsiri altında avtomobil idarə edən 23, avtoxuliqanlıq əməlləri törədən 2 sürücü aşkarlanıb.  Tədbirlər zamanı avtomobilin konstruksiyasında dəyişiklik edən 27 sürücü müəyyən edilərək barələrində tədbir görülüb, həmçinin yol polisləri tərəfindən 1 ədəd “Kalaşnikov” avtomatı  aşkar olunub. 

Teqlər:

"Bin\u0259q\u0259di rayonunda may ay\u0131nda narkotikl\u0259rl\u0259 ba\u011fl\u0131 65 fakt m\u00fc\u0259y\u0259n edilib"

Fotogalereya

Əlaqəli Xəbərlər