XTQ-nin komandanı vəzifəsini icra edən Akif Pirverdiyev kimdir?
Nərmin Qocamanlı
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Əmrinə əsasən Xüsusi Təyinatlı Qüvvələrin komandanı vəzifəsinə icraçı təyin edilib.
Əmrə əsasən, XTQ komandanı vəzifəsinin icrası general-mayor Akif Pirverdiyevə həvalə edilib.
“Operativ Media” general-mayor Akif Pirverdiyev haqqında bir sıra məlumatlar əldə edib.
General-mayor Goranboy rayonunun Qaramusalı kəndində dünyaya gəlib. Akif Pirverdiyev birinci Qarabağ Müharibəsində iştirak edib. 2004 cü ildən XTQ mənsubu kimi xidmətdədir. XTQ komandanının Maddi Texniki Təminat üzrə müavini olub. Sonradan XTQ-nin Qərargah rəisi vəzifəsinə yüksəlib.
44 günlük Vətən Müharibəsində Polkovnik rütbəsində olan Akif Pirverdiyevin cəbhənin XTQ-nin fəaliyyət göstərdiyi bütün istiqamətlərində fəaliyyəti olub. Xüsusi Təyinatlı Qüvvələrin silah, ərzaq və digər təminatını onun rəhbərlik etdiyi bölmələr həyata keçirib. Prezidentin sərəncamı ilə “Zəfər” ordeni ilə təltif olunub. O, bu ordenlə təltif olunan 33 zabitdən biridir.
2022 ci ilin iyun ayının 25 də dövlət başçısının sərəncamı ilə general-mayor rütbəsinə layiq görülüb. General Pirverdiyev daha öncə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.
General Akif Pirverdiyev ailəlidir, 3 övladı var.
Teqlər:
"XTQ-nin komandan\u0131 v\u0259zif\u0259sini icra ed\u0259n Akif Pirverdiyev kimdir?"