Menyu

"Barselona"nın transferdə əsas hədəfi bəlli olub

Əziz Əzizli
"Barselona"nın transferdə əsas hədəfi bəlli olub

"Barselona" klubunun yay transferlərində əsas hədəfi bəlli olub.

"Operativ Media" xəbər verir ki, "Barselona" Bilbaonun "Atletik" klubunun vingeri Niko Uilyamsı almaq istəyir .

21 yaşlı futbolçu Kataloniya klubunun əsas transfer hədəfidir. "Barselona"nın idman direktoru Deko artıq futbolçunun agenti ilə əlaqə saxlayıb və müqaviləni tamamlamaq üçün əlindən gələni edəcəyini bildirib.

Klub rəhbərliyi “Atletik”in təklifdən imtina edə bilməməsi üçün Uilyamsa müqavilədə nəzərdə tutulduğundan daha yüksək məbləğdə təzminat təklif etməyə hazırdır. 

Cari mövsümdə Uilyams 37 oyun keçirib, 8 qol vurub və 17 məhsuldar ötürmə edib.

21 yaşlı futbolçu 2022-ci ildən İspaniya millisində çıxış edir. 2022-ci ilin noyabrında İordaniya millisi ilə yoldaşlıq görüşündə də qol vurmağı bacarıb

Teqlər:

"\"Barselona\"n\u0131n transferd\u0259 \u0259sas h\u0259d\u0259fi b\u0259lli olub"

Əlaqəli Xəbərlər