Menyu

Mauro İkardi "Qalatasaray"dan ayrıla bilər - SƏBƏB

Əziz Əzizli
Mauro İkardi "Qalatasaray"dan ayrıla bilər - SƏBƏB

"Qalatasaray"ın argentinalı hücumçusu Mauro İkardi komandanı tərk edə bilər.

"Operativ Media" italiyalı jurnalist Di Marzioya istinadən xəbər verir ki, "sarı-qırmızılı" klubun idman direktoru Erden Timurun istefasından sonra Mauro İkardi də komandadan getmək barədə düşünür. 

Xəbərdə Mauro İkardini "Qalatasaray"a gəlməyə razı salan detalın Erden Timurun layihəsi olduğu bildirilib.

Hətta İkardinin Erden Timura verdiyi ikinci çempionluq vədini tutmaq üçün Səudiyyə Ərəbistanından gələn astronomik təklifləri rədd etdiyi vurğulanıb.

Superliqada mövsümü bombardir kimi başa vuran İkardi bütün yarışlar daxil 47 matça çıxıb. 32 qol vurub və 12 məhsuldar ötürmə statistikasına imza atıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər