Sabiq "Qarabağ"lı qol vurdu, "Sent-Etyen" Liqa 1-ə yüksəldi
Əziz Əzizli
Fransa Liqa 1-ə yüksələn sonuncu komanda məlum olub.
"Operativ Media" xəbər verir ki, həlledici görüşdə “Mets”ə qalib gələn “Sent-Etyen” elitaya yüksəlib.
İlk oyunda rəqibini 2:1 hesabıyla məğlub edən “Sent-Etyen”, cavab görüşündə eyni hesabla uduzub. Əlavə vaxtda “Sent-Etyen” hesabı bərabərləşdirməyə nail olub və Liqa 1-ə yüksəlib.
Komandanı məğlubiyyətdən “Qarabağ”ın Fransa klubuna satdığı İbrahim Vadji xilas edib. O, 117-ci dəqiqədə fərqlənərək “Sent-Etyen”i elitaya yüksəldib
Teqlər:
"Sabiq \"Qaraba\u011f\"l\u0131 qol vurdu \"Sent-Etyen\" Liqa 1-\u0259 y\u00fcks\u0259ldi"