Menyu

Kadi "Qarabağ"a qayıtmaq istəyir

Əziz Əzizli
Kadi "Qarabağ"a qayıtmaq istəyir

Rusiyanın “Krasnodar” klubunun futbolçusu Kadi Borges “Qarabağ”a qayıtmaq istəyir.

"Operativ Media"ki xəbər verir ki, bu barədə “RB Sport” nəşri iddia irəli sürüb.

28 yaşlı yarımmüdafiəçinin yay transfer dönəmindən komandanı tərk etmək ehtimalının yüksək olduğu bildirilib. “Krasnodar” oyunçu üçün təklifləri nəzərdən keçirməyə hazırdır, sərfəli təklif olsa, transferə mane olmayacaq.

Qeyd edək ki, Kadi Borges 2021-ci ilin yayından 2023-cü ilədək “Qarabağ”ın formasını geyinib. O, cari mövsüm Rusiyadakı bütün turnirlərdə 33 oyun keçirib, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər