Türkiyə Super Liqasına yüksələn sonuncu komanda da bəlli oldu
Əziz Əzizli
Türkiyə 1-ci Liqasının pley-off finalında liqanı 3-cü pillədə başa vuran "Sakaryaspor"la pley-offda "Çorum" FK və "Boluspor"u məğlub edən Bodrum FK "Yeni Adana" stadionunda qarşılaşıb.
"Operativ Media" xəbər verir ki, normal vaxtda 1-1 hesabı ilə bitən görüşdə Ege təmsilçisi 3-1 hesabı ilə qalib gəlib. "Bodrum" FK-nın qollarını Gökdeniz Bayrakdar, Celutska və Tunahan vurub. "Sakaryaspor"un heyətində Dimitrov fərqlənib.
"Bodrum" FK "Eyüpspor" və "Göztepe"dən sonra Super Liqaya yüksələn son komanda oldu.
Teqlər:
"T\u00fcrkiy\u0259 Super Liqas\u0131na y\u00fcks\u0259l\u0259n sonuncu komanda da b\u0259lli oldu"