Mahir Emreli: "Heç vaxt bu qədər futboldan kənarda qalmamışdım"
Əziz Əzizli
"Heç vaxt bu qədər futboldan kənarda qalmamışdım”.
"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan milli komandasının və Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun hücumçusu Mahir Emreli deyib.
26 yaşlı futbolçu şəxsi instaqram hesabında Xorvatiya çempionu olduğu üçün sevindiyini yazıb.
“Mövsümə çox yaxşı başlamışdım. Lakin uzun müddətli zədələr məndən əl çəkmədi. Heç vaxt bu qədər futboldan kənarda qalmamışdım. Zədədən əziyyət çəkdiyim dövrdə xarakterimi və səbrimi sınadım. Bu, karyeramın ən vacib anları idi. “Dinamo”da olmaqdan və mükafatlar qazanmaqdan çox məmnunam”.
Teqlər:
"Mahir Emreli: \"He\u00e7 vaxt bu q\u0259d\u0259r futboldan k\u0259narda qalmam\u0131\u015fd\u0131m\""