"Fənərbağça" Kərim Benzemanı transfer etmək istəyir
Əziz Əzizli
14 mövsüm oynadığı və əfsanəyə çevrildiyi dünya nəhəngi "Real Madrid"dən mövsümün əvvəlində ayrılan və bir çox ulduz futbolçular kimi Ərəbistana transfer olan Kərim Benzema yenidən Avropada çıxış etmək istəyir.
"Operativ Media" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu mövsüm Türkiyə Super Liqasında 2-ci yeri tutan "Fənərbağça" klubu Fransa millisinin sabiq üzvünü heyətinə qatmaq istəyir.
Klub prezidenti Ali Koç Edin Ceko ilə yolları ayırıb Benzemanı transfer etmək niyyətindədir.
Ali Koçun futbolçu ilə görüşdüyü bildirilir.
Teqlər:
"\"F\u0259n\u0259rba\u011f\u00e7a\" K\u0259rim Benzeman\u0131 transfer etm\u0259k ist\u0259yir"