Menyu

Rəşad Sadıqov 50-ci qələbəsini qazandı

Əziz Əzizli
Rəşad Sadıqov 50-ci qələbəsini qazandı

Rəşad Sadıqov Azərbaycan çempionatlarındakı baş məşqçi karyerasında 50-ci qələbəsini qazanıb. Bu, Azərbaycan Premyer Liqasının 36-cı turunda baş verib.

"Operativ Media" xəbər verir ki, 42 yaşlı mütəxəssisin rəhbərlik etdiyi “Zirə” öz meydanında “Səbail”ə 1:0 hesabı ilə qalib gəlib. Bu, Sadıqovun qəsəbə klubunun baş məşqçi təyin olunmasından sonra 128-ci görüş olub. Bu müddətdə 50 qələbə qazanan Bakı təmsilçisi 43 heç-heçə edib və 35 dəfə uduzub.

Qeyd edək ki, yalnız bir kluba rəhbərlik etmiş Sadıqov 2020-ci ilin yayından “Zirə”nin baş məşqçisidir.

Teqlər:

"R\u0259\u015fad Sad\u0131qov 50-ci q\u0259l\u0259b\u0259sini qazand\u0131"

Əlaqəli Xəbərlər