Menyu

"Zirə"nin AL-dəki potensial rəqibləri bəlli oldu

Əziz Əzizli
"Zirə"nin AL-dəki potensial rəqibləri bəlli oldu

Azərbaycan Premyer Liqasını gümüş mükafatla başa vuran “Zirə” ölkə kubokunun final matçının nəticəsindən asılı olmayaraq, 2024/2025 mövsümündə Avropa Liqasında iştirakı rəsmiləşdirib.

"Operativ Media" Futbolinfo.az-a istinadən xəbər verir ki, mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayacaq qəsəbə təmsilçisinin bütün potensial rəqibləri məlumdur.

Reytinq xalı aşağı olan Rəşad Sadıqovun yetirmələri püşkatma zamanı səpələnməmişlərdə yer alacaq. Raundun 12 iştirakçısından biri olan “Zirə” 6 komandadan birinə rəqib olacaq. Bunlar Moldova “Şerif”i, Sloveniya “Maribor”u, Qazaxıstan “Tobol”u, Polşa “Visla”sı, Kipr “Pafos”u və Macarıstan “Paksi”sidir.

“Zirə” ilə yanaşı, “Elfsborq” (İsveç), “Kornivul” (Rumıniya), “Botev” (Bolqarıstan), “Rujomberok” (Slovakiya) və “Llapi” (Kosovo) zəiflərin sırasında olacaqlar.

Qeyd edək ki, Avropa Liqasında 2024-2025 mövsümünün I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər