Ana səhifə / İdman / Azərbaycan PL: Son tura start verilir Azərbaycan PL: Son tura start verilir 25.05.2024, 09:52 Əziz Əzizli Bu gün Azərbaycan Premyer Liqasında 36-cı tura start veriləcək. "Operativ Media" xəbər verir ki, ilk oyun günündə 3 oyun baş tutacaq. Avrokuboklara vəsiqə qazanmağa çalışan “Zirə” “Səbail”i, “Neftçi” “Sabah”ı, “Sumqayıt” da “Qəbələ”ni qəbul edəcək. “Turan Tovuz” – “Kəpəz” və “Araz-Naxçıvan” – “Qarabağ” oyunları sabah keçiriləcək. Azərbaycan Premyer Liqası 36-cı tur 25 may “Zirə” – “Səbail” Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əli Əliyev Zirə İdman Kompleksinin stadionu, 19:00. “Neftçi” – “Sabah” Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə “Neftçi Arena”, 19:00. “Sumqayıt” – “Qəbələ” Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00 Teqlər: "Az\u0259rbaycan PL: Son tura start verilir"