Menyu

Robert Levandovski AÇ-dəki rəqiblərini dəyərləndirib

Əziz Əzizli
Robert Levandovski AÇ-dəki rəqiblərini dəyərləndirib

İspaniyanın vitse-çempionu və Polşa millisinin "Barselona"nın hücumçusu Robert Levandovski Avro-2024-ün D qrupunda polşalıların imkanlarını dəyərləndirib.

"Operativ Media" xəbər verir ki, bu haqda "RMC Sport" məlumat yayıb.

"Biz ölüm qrupundayıq. Çox çətin olacaq, amma əminəm ki, biz nəsə edə bilərik. Fransa bütün turnirin favoritidir. Onlarla görüşümüz çətin olacaq, amma biz hazırıq. Bizim sübut edəcəyimiz bir şey var. Keyfiyyətlərimizdən ən yaxşı şəkildə istifadə etməliyik. Yaxşı nəticə əldə etməyə çalışacağıq”.

Polşanın qrup mərhələsindəki rəqibləri Fransa, Hollandiya və Avstriya olacaq.

Avro-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

Teqlər:

"Robert Levandovski A\u00c7-d\u0259ki r\u0259qibl\u0259rini d\u0259y\u0259rl\u0259ndirib"

Əlaqəli Xəbərlər