Jiru milli karyerasını başa vuracağı tarixi açıqladı
Əziz Əzizli
37 yaşlı hücumçu Olivye Jiru Avro-2024-dən sonra Fransa millisindəki karyerasını başa vuracağını açıqlayıb.
Bu haqda "Operativ Media" "L'Equipe" nəşrinə istinadən xəbər verir.
"Aydındır ki, milli komanda ilə matçları buraxacağam, lakin artıq gənc oyunçulara yer vermək vaxtıdır".
Klub mövsümü başa çatdıqdan sonra Jiru İtaliya "Milan"ını tərk edərək karyerasını 1 illik müqavilə bağladığı Amerika "Los Anceles"ində davam etdirəcək.
Jiru 2011-ci ildən Fransa komandasında çıxış edir. O, 131 matçda 57 qol vurub, 16 məhsuldar ötürmə edərək dünya çempionu, vitse-çempion, Millətlər Liqası kubokunun qalibi olub.
Teqlər:
"Jiru milli karyeras\u0131n\u0131 ba\u015fa vuraca\u011f\u0131 tarixi a\u00e7\u0131qlad\u0131"