Menyu

Azərbaycanın daha bir cüdoçusu dünya çempionu oldu

Əziz Əzizli
Azərbaycanın daha bir cüdoçusu dünya çempionu oldu

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə dünya çempionatı davam edir.

"Operativ Media" xəbər verir ki, Azərbaycan cüdoçusu Zelim Kotsoyev bu gün bütün rəqiblərini üstələyərək dünya çempionu olub.

100 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/16 finalda Yonq Hoon Vonu (Koreya), 1/8 finalda Peter Palçiki (İsrail), 1/4 finalda ikiqat dünya çempionu Nikoloz Şerazadişvili (İspaniya), yarımfinalda Olimpiya bürünc medalçısı, ikiqat dünya çempionu portuqaliyalı Yorqe Fonsekanı (Portuqaliya) məğlub edib. Finalda Kotsoyev Şadi El-Nahası (Kanada) məğlub edərək ilk dəfə dünya çempionu olub.

Kotsoyev İndiyə qədər iki dəfə dünya çempionatının bürünc medalını qazanıb.

Qeyd edək ki, Əbu-Dabidəki dünya çempionatında buna qədər Azərbaycan millisindən Hidayət Heydərov (73 kq) qızıl medal qazanmışdı

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər