Menyu

Pep Qvardiola Arda Gülər haqqında danışıb

Əziz Əzizli
Pep Qvardiola Arda Gülər haqqında danışıb

"Mançester Siti"ni ardıcıl 4-cü çempionluğuna aparan Pep Qvardiola "Real Madrid"lə son matçlarında vurduğu qollarla və göstərdiyi futbolla La Liqanı təəccübləndirən Arda Gülərin çıxışına biganə qala bilməyib.

"Operativ Media" "Defensa Central"a istinadən xəbər verir ki, Kataloniyalı məşqçi Arda Gülərin səviyyəsi və proyeksiyasına heyran qalıb. Pep “Mançester Siti”nin keçən yay Arda Güləri gözündən qaçırmasına inana bilmir.

53 yaşlı məşqçi Arda Gülər haqqında "Real Madrid" onu tez-tez oynatsa, bu uşaq qarşısıalınmaz olacaq, uşaq çox yaxşıdır" deyə münasibət bildirib.

19 yaşlı futbolçu ilk 11-də son 5 matçda 5 qol vuraraq, qollarının sayını 6-ya çatdırıb. Beləliklə, Arda Gülər "Real Madrid" tarixində ən az dəqiqədə ən çox qol vuran futbolçu kimi tarixə düşüb.  Arda indiyə qədər liqada 373 dəqiqə meydanda olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər