Menyu

PSJ "Real" və Mbappeyə transferi vaxtından əvvəl açıqlamağa icazə vermir

Əziz Əzizli
PSJ "Real" və Mbappeyə transferi vaxtından əvvəl açıqlamağa icazə vermir

İspaniya çempionu "Real Madrid" Fransa çempionu PSJ-nin icazəsi olmadan Fransa millisinin hücumçusu Kilyan Mbappenin transferini vaxtından əvvəl elan edə bilməz.

"Operativ Media" AS nəşrinə istinadən xəbər verir ki, kral klubu 25 yaşlı futbolçunu Avro-2024-ün startına (14 iyun) qədər təqdim etmək istəyir, lakin futbolçunun PSJ ilə müqaviləsi iyunun 30-na kimi nəzərdə tutulub.

Paris klubu müqavilə müddəti bitmədən Mbappenin Madriddə təqdimatına razı olmayacaq.Mbappenin "Real"la 5 illik müqavilə imzalayacağı və ildə 15 milyon avro alacağı gözlənilir. 5 ildən sonra o, 150 milyon avro mükafat da alacaq .

25 yaşlı futbolçu Liqa-1-in başa çatan mövsümündə 29 matçda iştirak edib, 27 qol vurub və ən yaxşı bombardir mükafatına layiq görülüb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər