"Atalanta"nın nigeriyalı hücumçusu, Avropa Liqasının kubokunu qazanan Ademola Lukman son 49 ildə Avropa Liqasının (keçmiş UEFA Kuboku) finalında üç qol vuran ilk futbolçu olub
"Operativ Media" xəbər verir ki, Almaniyanın yeni çempionu “Bayer Leverkuzen”lə qarşılaşmada Lukman 12, 26 və 75-ci dəqiqələrdə fərqlənib.
1975-ci ildə Dünya və Avropa çempionu, “Borussiya” Mönhenqladbaxın almaniyalı hücumçusu Yupp Haynkes də UEFA kubokunun finalının cavab oyununda het-trik edib. Almaniya klubu Hollandiya “Tvente”sini 5:1 hesabı ilə məğlub edib.
Teqlər:
"Lukman son 49 ild\u0259 ilk\u0259 imza at\u0131b"