Azərbaycan millisinin Albaniya və Qazaxıstanla oyunlarına təyinatlar açıqlandı
Əziz Əzizli
Azərbaycan millisinin Albaniya və Qazaxıstan ilə keçirəcəyi beynəlxalq yoldaşlıq görüşlərinin hakim təyinatları açıqlanıb.
"Operativ Media" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Macarıstanın Sombatxey şəhərinin “Haladas SportKomplexum” stadionunda keçiriləcək hər iki qarşılaşmanı yerli hakimlər briqadası idarə edəcək.
Albaniya ilə matçda Mihali Kaprali, Qazaxıstan ilə dueldə Bence Csonka baş hakim olacaq.
7 iyun
21:00. Albaniya – Azərbaycan
Baş hakim: Mihali Kaprali.
Baş hakimin köməkçiləri: İştvan Albert, Gerqo Vih-Tarsoni.
Dördüncü hakim: İştvan Vad.
11 iyun
18:00. Azərbaycan – Qazaxıstan
Baş hakim: Bence Csonka.
Baş hakimin köməkçiləri: Teodoros Georgiu, Balaş Salai.
Dördüncü hakim: Reka Molnar
Teqlər:
"Az\u0259rbaycan millisinin Albaniya v\u0259 Qazax\u0131stanla oyunlar\u0131na t\u0259yinatlar a\u00e7\u0131qland\u0131"