Menyu

"Bavariya" danimarkalı baş məşqçi ilə danışıqlara başladı

Əziz Əzizli
"Bavariya" danimarkalı baş məşqçi ilə danışıqlara başladı

Bundesliqa komandası "Bavariya" Tuxelin mümkün ayrıldığını nəxəra alaraq baş məşqçi axtarışlarını davam etdirir.

"Operativ Media" BİLD-ə istinadən xəbər verir ki, Münhen təmsilçisi "Brentford" klubunun danimarkalı baş məşqçisi Tomas Frank ilə danışıqlara başlayıb.

Xəbərdə "Bavariya"nın 50 yaşlı danimarkalı baş məşqçinin İngiltərə Premyer Liqasındakı işinə heyran olduğu bildirilir.

Qeyd edək ki, "Bavariya" daha əvvəl Xabi Alonso, Ralf Ranqnik, Julian Nagelsmann kimi məşqçilərlə danışıq aparsa da,  hər üç məşqçi "Bavariya"da işləməkdən imtina edib.

 

 

Teqlər:

"\"Bavariya\" danimarkal\u0131 ba\u015f m\u0259\u015fq\u00e7i il\u0259 dan\u0131\u015f\u0131qlara ba\u015flad\u0131"

Əlaqəli Xəbərlər