Menyu

Vergi ödəyiciləri gücləndirilmiş elektron imza əldə etməyə tələsməlidirlər

Nərmin Qocamanlı
Vergi ödəyiciləri gücləndirilmiş elektron imza əldə etməyə tələsməlidirlər

Vergi ödəyicilərinin istifadəçi kodu, parol və şifrə ilə elektron kabinetə daxil olmaq imkanı 2024-cü il mayın 1-dən məhdudlaşdırılacaq.

"Operativ Media" Vergilər.az-a istinadən xəbər verir ki, bununla əlaqədar olaraq vergi öhdəliklərinin vaxtında və tam şəkildə yerinə yetirməsinin təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ödəyicilərin elektron kabinetlərinə xəbərdarlıq məktubu da göndərilib. Vergi ödəyiciləri elektron kabinetlərinə göndərilən məktublarla tanış olmadıqları halda məruz qala biləcəkləri maliyyə itkiləri və sanksiyaların qarşısını almaqdan ötrü gücləndirilmiş elektron imza (“Asan İmza” və ya "E-imza") əldə etməyə tələsməlidirlər.

Gücləndirilmiş elektron imza vasitələrinin əldə edilməsi ilə bağlı məlumatlarla https://asanimza.az/how-to-get/rules/ və https://token.sima.az/az/pricing linkləri vasitəsilə tanış olmaq mümkündür.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər