Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb
Nərmin Qocamanlı
Ödəniş kartlarının artması bu ilin mart ayında nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.
"Operativ Media" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.6 dəfə artıb. 2024-ci ilin mart ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 5697 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 4737 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 952 mln. manatı POS-terminallar, 8 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 61.7%-ni təşkil edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net