Menyu

Okan Buruk: "Topu çölə vursaydıq "Fənərbağça"nın etirazına dəstək vermiş olardıq"

Əziz Əzizli
Okan Buruk: "Topu çölə vursaydıq "Fənərbağça"nın etirazına dəstək vermiş olardıq"

"Qalatasaray" klubunun baş məşqçisi Okan Buruk Superkubok oyunundan sonra ilk açıqlamasını verib.

"Operativ Media" xəbər verir ki, təcrübəli baş məşqçi oyunla bağlı bəzi məsələlərə toxunub.

"Bəli, oyuna gənclərlə çıxacaqdılar, amma onların nə edəcəklərindən xəbərimiz yox idi. Dayanacaqdılar, yoxsa qol vurub meydanı tərk edəcəkdilər? Nə edəcəklərini görmək üçün püşk atmaqla topu oyuna biz daxil etmək istədik. Əvvəlcə hərəkətli müdafiəyə, sonra isə pressinqə başladılar. Onların qol vurub meydanı tərk etmək istəmədiyini necə bilək? "Fənərbağça"lılar heç tərpənməsəydilər, gözləsəydilər, futbolçularımız qol vurmaq fikrində olmazdı.

Okan Buruk matç başlayan kimi topu niyə çölə atmadıqlarının səbəbini də açıqlayıb.

"O ki qaldı topu niyə çölə atmamağımıza, kubok oyunun keçirilməsinə mən etiraz edirəm? Biz matçı oynamaq istəyən tərəfik və topu çölə atsaq, "Fənərbağça"nın etirazına dəstək vermiş olardıq”.

Qeyd edək ki, "Fənərbağça" klubu meydanı tərk etdiyinə görə pul və 1 illik Türkiyə kubokundan kənarlaşdırılma cəzası alıb.

Teqlər:

"Okan Buruk: \"Topu \u00e7\u00f6l\u0259 vursayd\u0131q \"F\u0259n\u0259rba\u011f\u00e7a\"n\u0131n etiraz\u0131na d\u0259st\u0259k vermi\u015f olard\u0131q\""

Əlaqəli Xəbərlər