"Fənərbaxça" "Qalatasaray"la oyunda meydanı tərk edib
Türkiyə Superkubokunun finalında “Qalatasaray” – “Fənərbağça” matçı baş tutmayıb.
"Operativ Media" xəbər verir ki, “Fənərbağça” oyunu yarımçıq tərk edib.
Türkiyə Futbol Federasiyasının qərarları ilə razılaşmayan “Fənərbağça” oyuna U-19 komandası ilə çıxıb. Birinci dəqiqədə “Qalatasaray” hesabı açdıqdan sonra “sarı lacivərdlilər” meydanı tərk ediblər.
Qeyd edək ki, federasiya oyunun nəticəsi ilə bağlı qərar verəcək.
Teqlər:
"\"F\u0259n\u0259rbax\u00e7a\" \"Qalatasaray\"la oyunda meydan\u0131 t\u0259rk edib"