"Real" "Bayer"in futbolçusu üçün 100 milyon avro ödəməyə hazırdır
Əziz Əzizli
İspaniya La Liqasının hazırkı lideri "Real Madrid" heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.
"Operativ Media" idman müxbiri Antonio Gallardoya istinadən xəbər verir ki, "Real Madrid" Almaniya Bundesliqasının hazırkı lideri Bayer Leverkuzendən 20 yaşlı alman yarımmüdafiəçisi Florian Virtzi almaq istəyir və onun transferi üçün 100 milyon avro ödəməyə hazırdır.
Transferin 2025-ci ildə həyata keçirilməsi mümkündür. Yayda Kral Klubu "Bayer"in ispaniyalı baş məşqçisi Xabi Alonsonu dəvət edəcək.
Florian Virtzin "Bayer"lə müqaviləsi 2027-ci ilin iyununa kimi nəzərdə tutulub.
Transfermarkt Florian Virtzin transfer dəyərini 110 milyon avro qiymətləndirir.
Florian Virtz "Bayer"də 141 matçda iştirak edib, 36 qol vurub, 48 məhsuldar ötürmə edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net