Menyu

"Mançester Siti" Kanselo transferi üçün "Barselona"dan 40 milyon avro tələb edir

Əziz Əzizli
"Mançester Siti" Kanselo transferi üçün "Barselona"dan 40 milyon avro tələb edir

İngiltərə çempionu "Mançester Siti" İspaniya çempionu "Barselona"dan 29 yaşlı portuqaliyalı müdafiəçi Joao Kanselonun transferi üçün 40-50 milyon avro tələb edir.

"Operativ Media" "Relevo"ya istinadən xəbər verir ki, kataloniya klubu 30 milyon avrodan çox pul ödəməyə hazırdır.

Cari mövsümdə Kanselo ispaniyalı Xavinin rəhbərlik etdiyi komanda ilə 33 matçda iştirak edib, 4 qol vurub, 4 məhsuldar ötürmə edib. Onun icarə müqaviləsi bu mövsümün sonuna kimi nəzərdə tutulub.

Transfermarkt Kanselonun transfer dəyərini 30 milyon avro qiymətləndirir.

Teqlər:

"\"Man\u00e7ester Siti\" Kanselo transferi \u00fc\u00e7\u00fcn \"Barselona\"dan 40 milyon avro t\u0259l\u0259b edir"

Əlaqəli Xəbərlər