Azərbaycanın Basketbol üzrə 3x3 qadın millisi beynəlxalq turnirdə ikinci oldu
Əziz Əzizli
5 aprel tarixində Taylandın Muanq Patum Tani şəhərində 3x3 basketbol üzrə beynəlxalq turnirin həlledici mərhələsi baş tutub.
"Operativ Media" xəbər verir ki, "Paris 2024"ün təsnifat oyunlarına hazırlıq məqsədi daşıyan beynəlxalq turnirdə, 3x3 qadın millimiz "B" qrupundan çıxaraq, turnirin 1/4 final mərhələsinə yüksəlib.
Yığma bu mərhələdə "Sriracha Eagle" (Tayland) klubuna 21-11 hesabı ilə qalib gəlib və adını yarımfinala yazdırıb. Millimiz yarımfinalda isə, Polşanın "Lotto" klubu üzərində 17-16 hesabılı qələbəyə sevinib.
Finalda güclü "Zoos" (Almaniya) klubuna qarşı gərgin oyunun yekununda 17-15 hesabı ilə məğlub olan 3x3 qadın millimiz beynəlxalq turniri ikinci sırada tamamlayıb
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net