Quti "Qalaktikos"la indiki "Real Madrid"i müqayisə edib
Əziz Əzizli
Bir müddət "Beşiktaş"da da çıxış edən dünyaca məşhur ulduzlardan biri Quti "Real Madrid"lə bağlı çox önəmli açıqlamalar verib. Quti komandada olduğu dövrdəki "Real Madrid" komandasını indiki "Real Madrid" komandası ilə müqayisə edib.
"Operativ Media" xəbər verir ki, "Real Madrid"in keçmiş futbolçusu Quti Hernandez son açıqlamasında "Real Madrid"in hazırkı heyəti ilə bağlı fikirlərini bildirib. Tarixi "Real Madrid"in "Qalaktikos" komandasının üzvü Quti hazırkı "Real Madrid" komandasının dünyaca məşhur komandadan qat-qat üstün olduğuna diqqət çəkib.
"Real Madrid" haqqında danışan Quti hazırkı komandanın daha yaxşı olduğunu bildirib.
"İndiki komanda "Qalaktikos"dan da yaxşı komandadır. Bu komanda kim olursa olsun, məncə, bu, "Qalaktikos"dan daha yaxşı bir komandadır, daha çox şey edə biləcək bir komandadır."
Teqlər:
"Quti \"Qalaktikos\"la indiki \"Real Madrid\"i m\u00fcqayis\u0259 edib"